Mbilla Etame ilk qolunu “Xəzər Lənkəran”a vurdu - FOTOSESSİYA
14.08.2013 - 12:52
Mbilla Etame ilk qolunu “Xəzər Lənkəran”a vurdu - FOTOSESSİYA
“Xəzər Lənkəran” bu gün səhər məşqində əvvəlcədən planlaşdırılan proqram üzrə əvəzedici komanda ilə ikitərəfli oyun keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 45 dəqiqə nəzərdə tutulan oyun 3:0 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb.

Ehtiyat meydançada baş tutan görüşdə Junior Nildo dubl etməklə yanaşı, yeni transfer Mbilla Etame də ilk qolunu sınaq oyununda vurub.

Axşam saatlarında “Xəzər Lənkəran” daha bir məşqə çıxacaq.