Rövnəq Abdullayev: Siz necə, biz də elə...
14.08.2013 - 13:34
AFFA prezidenti Rövnəq Abdullayev milli komandanın bu gün Malta ilə keçiriləcəyi yoldaşlıq oyunu ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, İcraiyyə Komitəsinin az öncə başa çatan iclasından sonra jurnalistlərin suallarını cavablandıran assosiasiya rəhbəri 3 dəfə uduzduğumuz rəqiblə matçdan qələbə gözlədiyini bildirib: “Siz necə, biz də elə, qələbə gözləyirik. Yoxlama oyunu olsa belə, bizim üçün qələbə vacibdir. Seçmə, yoxsa yoxlama xarakteri daşımasından asılı olmayaraq, bütün oyunlarda yığmamızın qələbə qazanmasını istəyirik”.
0
0