“Azərbaycanın qrup mərhələsinin oyunlarını qəbul etməsi yaxşı olardı” - FOTO
14.08.2013 - 13:52
“Azərbaycanın qrup mərhələsinin oyunlarını qəbul etməsi yaxşı olardı” - FOTO
AFFA prezidenti Rövnəq Abdullayev 2020-ci il Avropa çempionatının final mərhələsinin oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, assosiasiya rəhbəri İcraiyyə Komitəsinin bugünkü iclasından sonra təşkil olunan mətbuat konfransında qitə çempionatının oyunlarının Bakıda baş tutmasına ümid etdiyini bildirib.

Abdullayev millimizi həmin yarışda görmək arzusunu dilə gətirib: “Namizədliklərə ilkin olaraq bu ilin sentyabr ayında baxılacaq. İnanıram ki, namizədliyimiz bu mərhələdən uğurla keçəcək. Ümumilikdə isə 2020-ci ildə baş tutacaq Avropa çempionatının final mərhələsinin qarşılaşmalarının Bakıda keçirilməsinə ümid edirik. Ən azı qrup mərhələsinin oyunlarını qəbul etməyimiz yaxşı olardı. Lakin millimiz də seçmə mərhələni adlayıb, həmin yarışda ev sahibi kimi çıxış edə bilsə, lap yaxşı olar”.

Qeyd edək ki, 2020-ci ildə qitə çempionatının final mərhələsi 13 ölkədə keçiriləcək