“Cırtdan”lar üçün fərqli heyət: Rəşadlar ehtiyatda qaldı
14.08.2013 - 14:33
Bu gün Malta ilə qarşılaşacaq Azərbaycan millisinin start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqts cırtdan ölkə təmsilçisi ilə oyunda 2 hücumçuya güvənəcək.
Almaniyalı mütəxəssis qapını Kamran Ağayevə tapşırıb. Yığmanın “1 nömrə”sindən fərqli, müdafiə xətti dəyişikliyə məruz qalıb.
Belə ki, Foqts müdafiənin solunda Ufuk Budak, sağında Mahir Şükürov, mərkəzində isə Rasim Ramaldanovla Bədavi Hüseynova şans verəcək. Son qarşılaşmalarda ilk “11-lik”dən kənarda qalan milliləşən legionerlər Ufukla Bədavi aparıcı oyunçuların yoxluğunu unutdurmalıdır.
Foqts millinin kapitanı və ən təcrübəli üzvü Rəşad Sadıqovu qorumaq qərarına gəlib. Onun kimi, “Qarabağ”ın digər müdafiəçisi Maksim Medvedev və bundan əvvəlki görüşdə şans qazanan Elnur Allahverdiyev də kənarda qalıb.
Alman çalışdırıcı 2 ay əvvəl Lüksemburqla keçirilən matçla müqayisədə orta sahədə də dəyişikliklərə əl atıb. O, dayaq yarımmüdafiəçisi mövqeyində Qara Qarayevlə Ruslan Abışova güvənəcək.
Sağ cinahda Əfran İsmayılov, soldan isə Araz Abdullayev hücumlara dəstək verməlidi. Son matçın iştirakçılarından olan Rahid Əmirquliyev və Rəşad Sadiqov bu dəfə “11-lik”də yoxdur.
Ön xətdə Rauf Əliyevlə Rüfət Dadaşov çıxış edəcək. Sonuncudan fərqli, 2 ay əvvəl cəzalı olan Rauf qısa fasilədən sonra “11-lik”dədi. Əvəzində ötən oyunun iştirakçılarından Vaqif Cavadovun adı burada yoxdur.

0
0