“Kəpəz”in sponsoru məlum oldu
14.08.2013 - 17:08
“Kəpəz”in sponsoru məlum oldu
Gəncənin “Kəpəz” klubunun yeni sponsorunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, I divizionda çıxış edəcək komandanı “Azərinşaat” maliyyələşdirəcək.

Şirkət maliyyə çətinliklərindən əziyyət çəkən və bu üzdən Topaz Premyer Liqasında yerini qoruya bilməyən Gəncə təmsilçisinə yardım edəcək.

Qeyd edək ki, AFFA-nın bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra assosiasiyanın prezidenti Rövnəq Abdullayev 3 qat Azərbaycan çempionuna sponsor tapıldığını açıqlamışdı.

Bu üzdən də məlumatı məhz AFFA ilə dəqiqləşdirməyə cəhd etdik. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu xəbərin doğru olduğunu təsdiqləyib.