“Atletiko” hücumçusu ilə müqavilə yenilədi
14.08.2013 - 20:28
“Atletiko” hücumçusu ilə müqavilə yenilədi
“Atletiko”nun futbolçusu Dieqo Kosta klubu ilə müqaviləsinin vaxtını uzadıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat verib.

Belə ki, braziliyalı hücumçu 2018-ci ilə qədər Madrid təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Kosta ötən mövsüm İspaniya La Liqasında komandası ilə 31 oyunda iştirak edib və 10 qol vurub.