Petro Qedin: Malta Azərbaycan millisindən çox şey öyrənməlidi
14.08.2013 - 22:17
Petro Qedin: Malta Azərbaycan millisindən çox şey öyrənməlidi
“Azərbaycan yetərincə aqressiv və qələbəyə layiq oyun nümayiş etdirdi”. Apasport.az saytının xəbərinə görə, bunu Malta millisinin baş məşqçisi Petro Qedin deyib.

Malta yığması millimizlə az öncə başa çatan yoldaşlıq görüşündə darmadağınla üzləşdi. 0:3 hesabıyla uduzan “cırtdan”ların çalışdırıcısı Azərbaycan yığmasından çox şey öyrənməli olduqlarını bildirib: “Təəssüf ki, biz öz gücümüzü göstərə bilmədik. Azərbaycan yığması qələbəyə layiq idi. Bizim bu komandadan öyrənəcəyimiz hələ şox şeylər var. Fikrimcə, milliniz Malta ilə əvvəlki görüşlərlə müqayisədə daha yaxşı təsir bağışladı. Komandanızdan 11 nömrəli futbolçunu (Rauf Əliyev – red) fərqləndirərdim”.