“Bizim futbolçular yarımpeşəkar yox, həvəskardı” - MÜSAHİBƏ
14.08.2013 - 23:01
“Bizim futbolçular yarımpeşəkar yox, həvəskardı” - MÜSAHİBƏ
Millimizlə oyundan sonra Malta yığmasının baş məşqçisinin mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, rəqib çalışdırıcı Petro Qedin öncə 0:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşünü dəyərləndirib.

- Azərbaycan yığması kifayət qədər aqressiv və qələbəyə layiq oyun göstərdi. Ancaq təəssüf ki, komandam öz gücünü göstərə bilmədi.

- Futbolçunuz yersiz aqressivliklə qırmızı vərəqə aldı. Bu, nə ilə bağlıdır?
- Bu, kiçik nüans idi. Bununla bağlı şərh vermək istəmirəm. Azərbaycan meydana qələbə üçün çıxmışdı və əvvəlki məğlubiyyətlərə görə acıq vardı. Ancaq biz qələbəyə layiq oynamadıq.

- Ermənistanda rəsmi oyunda qalib olan komandanız niyə belə zəif təsir bağışladı?
- Hələ Azərbaycanda öyrənəcəyimiz dərslər var. Zəif oyunumuzu 3 səbəbi var. Birincisi, 5 əsas futbolçumuz, ikincisi, qələbə əzmi yox idi. Üçüncüsü də uzun yol getdiyimizdən yorğunluq vardı.

- Həmkarınız Berti Foqts heyətdə bir sıra dəyişiklik edərək, yeni futbolçular buraxmışdı. Onlardan kimi fərqləndirərdiniz?
- Foqtsun eksperiment etmək üçün yetərincə bazası var. Ancaq Maltada bu qədər futbolçu yoxdur. Sizdə 11 nömrəli futbolçu (Rauf Əliyev nəzərdə tutulur-red) fərqləndirərdim. Məncə, Azərbaycan yığması əvvəlki oyunlarla müqayisədə inkişaf edib.

- Komandanızın heyətində saat 18:00-dan sonra məşqə gələn futbolçulardan bu gün meydana çıxan var idi?
- Bizim futbolçular yarımpeşəkar yox, həvəskardır. Yalnız 2 futbolçumuz var ki, bunlar xaricdə, Yunanıstanda oynayır.