Berti Foqts: Onun fikri oyunda yox, ailəsinin yanında idi
14.08.2013 - 23:13
Malta ilə yoldaşlıq görüşündən sonra millimizin baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, 67 yaşlı almaniyalı çalışdırıcı 3:0 hesabı ilə qalib gəldiyimiz matçda narazı qaldığı məqamlardan da danışıb.
- Nəticədən razıyam. Narazı qaldığım ilk hissədə top tez-tez itirməyimizdir. Fasilədə futbolçulara dedim ki, həyəcanlı yox, soyuqqanlı olun. Bu, ikinci hissədə bəhrəsini verdi. 3:0 hesabı oyunun gedişini göstərir. İsraildən heç-heçə ilə qayıtmaq istəyiriksə, oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Bir sıra futbolçuları uzun fasilədən sonra gördüm.
- Qələbədən razı qalsanız da, Azərbaycana qarşı cəmi 2 peşəkar futbolçu oynayırdı. Yəni, qələbəni bu qədər şişirtmək olmaz. Bu oyunla İsrailə qarşı nəyi gözləyək?
- Mən öz üzərimizdə daha çox işləməli olduğumuzu dedim.
- Hansı komponentlərdə?
- Futbol komanda idman növüdür. Hər xətdə olan səhvlər üzərində işləyəcəyik.
- Şans vermək istədiyiniz Əfran İsmayılov necə təsir bağışladı?
- Əfran bir neçə gün öncə ata olub. Hiss edirəm ki, fikri oyunda yox, ailəsinin yanında idi.
- Hansı futbolçulardan razı qaldınız?
- Mənim üçün fərqi planda kimin yaxşı, kimin pis oynamağı maraqsızdır. Mənim üçün komanda oyunu vacibdir. Bəli, səhvlər vardı. Ancaq bütün komanda pis oynamadı. Bilirəm ki, futbolçuları tənqid edərkən, bəzən mətbuatda düzgün çatdırılmır. Ona görə futbolçuya sözümü üzbəüz deyəcəm.
- Qeyri-peşəkar futbolçulara bu qədər qol imkanı yaratmağa imkan verdiniz...
- Biz gözləməliyik, hövsələmiz olmalıdır. Sözsüz ki, İsraillə oyun öncəsi bizi çətin məşqlər gözləyir. Həmin bu yığma Türkiyə, bir sıra güclü rəqibləri məğlub edib. Bizdə də bəzi futbolçular var ki, oyuna əvvəldən başlamadı.
- Yeni futbolçulardan istədiyinizi ala bildinizmi?
- Bəzi futbolçulardan razı qalmadım. Müdafiədən hücuma tez keçməliyik, vaxt, topu tez itirməməliyik.
- Belə hesabı gözləyirdiniz?
- Mən hər oyuna hazırlıq keçəndə, qələbə qazanmaq istəyirəm. Qələbə olanda sevinirəm. Olmayanda hirslənirəm, özümdən çıxıram. Lüksemburq yığmasında da qeyri-peşəkarlar oynayırdı, heç-heçə etdiyimizə hirsləndim. İndi 3:0-dan razı qaldım. Ancaq 4:0 daha yaxşı olardı.
- Oyundan öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşdüyünüzü demişdiniz. Millimizin oyunu “Qarabağ”ın oyuna bənzəyirdi, daha çox qısa ötürmələr edilirdi. Maraqlıdır, siz Qurbanovdan məsləhət aldınız, yoxsa?
- Bu, Qurbanovla aramızda olan söhbətdir, qoy, sirr qalsın.
- Şimali İrlandiya – Rusiya matçından nə gözləyirsiniz?
- Bu oyunun nəticəsi bizim önəmli deyil. Məni indi düşündürən Almaniyanın yoldaşlıq görüşündə Paraqvaya qalib gəlməyidir.

0
0