Rusiya uduzdu, millimiz gerilədi
15.08.2013 - 01:42
Rusiya uduzdu, millimiz gerilədi
Ötən gün "DÇ-2014"ün seçmə mərhələsində millimizin də yer aldığı F qrupunda təxirə salınmış bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Rusiya millisi səfərdə Şimali İrlandiyanın qonağı olub.


Fabio Kapellonun yetirmələri bu görüşdə qələbə qazanacağı təqdirdə yenidən qrup liderliyinə yüksələcəkdilər. Lakin rusların bu istəyi baş tutmayıb. Şimali İrlandiya rəqibi 1:0 hesabı ilə məğlub edərək dördüncü pilləyə qalxıb və Azərbaycan millisindən bir pillə önə keçib.

Qeyd edək ki, Şimali İrlandiya - Rusiya qarşılaşması martın 22-də keçirilməli olsa da, əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.

DÇ-2014, seçmə mərhələ
F qrupu
14 avqust



Şimali İrlandiya - Rusiya - 1:0
Qol:
Paterson, 43

O X
1. Portuqaliya 7 14
2. Rusiya 6 12
3. İsrail 6 11
4. Şimali İrlandiya 6 6
5. Azərbaycan 7 4
6. Lüksemburq 6 3