Subaşiçli “Orduspor” “Trabzonspor”u məğlub etdi - FOTO
15.08.2013 - 03:28
Milli komandamızın hücumçusu Branimir Subaşiçin çıxış etdiyi Türkiyənin PTT I Liqa təmsilçisi “Orduspor” növbəti yoxlama oyununu keçirib. Apasport, az klub saytına istinadən xəbər verir ki, Subaşiçin komandası güclülər dəstəsində təmsil olunan “Trabzonspor”la qarşılaşıb.
Futbolçumuzun start heyətdə meydana çıxdığı matçda “Orduspor” 2:0 hesabı ilə qalib gəlib. Qarşılaşmanın 45-ci dəqiqəsində Subaşiç Aleksandru İonita ilə əvəzlənib.
Qeyd edək ki, “Orduspor”un qalibiyyət qollarını Eren (5) və İonita (50) vurub.

0
0