“Xəzər Lənkəran”ın məşqi təxirə salındı
15.08.2013 - 05:57
Premyer Liqanın III turu çərçivəsində avqustun 18-də “Qarabağ” klubu ilə səfərdə keçiriləcək qarşılaşma öncəsi doğma şəhərdə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran”ın avqustun 14-də nəzərdə tutulan axşam məşqi təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Con Toşak müəmmalı qərarı ilə komandanın axşam hazırlığı keçirilməyib. Uelsli çalışdırıcının məşqi təxirə salmasını hansı səbəblə əsaslandırdığı hələlik məlum deyil.
Xatırladaq ki, “Xəzər Lənkəran”ın əsas heyəti ötən gün səhər saatlarında əvəzedici komanda ilə cəmi 45 dəqiqədən ibarət olan ikitərəfli oyunla kifayətlənmişdi. Onu da əlavə edək ki, növbəti məşqin bu gün səhər saat 10:00-da keçirilməsi planlaşdırılıb. (Mənbə: 12cioyuncu.info)

0
0