“Makkabi” qrup mərhələsində
15.08.2013 - 08:25
“Makkabi” qrup mərhələsində
Çempionlar Liqasının pley-off mərhələsində çıxış edəcək sonuncu komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ukraynanın “Metallist” klubunun yarışdan çıxarılmasından sonra UEFA xarkovluları hansı komandanın əvəzləyəcəyinə aydınlıq gətirib.

III təsnifat mərhələsində Ukrayna təmsilçisinə uduzan Yunanıstanın PAOK klubu pley-offa son vəsiqəni əldə edib. Onlar bu mərhələdə Almaniya təmsilçisi “Şalke” ilə görüşəcək.

Baş verənlərdən qazanan digər klub isə İsrail “Makkabi”si olub. Təl-Əviv təmsilçisi Avropa Liqasının pley-off mərhələsində PAOK-la qarşılaşmalı idi. Yunanıstanlıların digər yarışa keçirilməsi isə “Makkabi”ni birbaşa qrupa göndərib.