“Azərbaycana qalib gəlmək istəyiriksə...”
15.08.2013 - 08:40
“Azərbaycana qalib gəlmək istəyiriksə...”
İsrail millisinin baş məşqçisi Eli Qutman Ukraynaya uduzduqları oyundan məyus olub. Apasport.az saytının məlumatına görə, Kiyevdəki yoldaşlıq görüşündə 0:2 hesabı ilə məğlub olan israillilərin çalışdırıcısı millimizlə sentyabrın 7-də baş tutacaq ev matçına kimi buraxdıqları səhvlərdən nəticə çıxartmalı olduqlarını bildirib.

Qutmanın fikrincə, rəsmi oyunlarda ilk növbədə top itkilərini azaltmalıdırlar: “Azərbaycan və Rusiya ilə matçlar fərqlənəcək. Əgər Azərbaycana qalib gəlmək istəyiriksə, onda Ukrayna oynadığı kimi - top ötürməliyik. Bizdə bunun üçün futbolçular var. Azərbaycandan sonrakı oyun isə tam başqadır. Rusiya Ukraynaya bənzəyir”.