“Bakı”nın futbolçuları Lüksemburqda da uduzdular
15.08.2013 - 09:19
“Bakı”nın futbolçuları Lüksemburqda da uduzdular
“Bakı”nın 2 futbolçusu Litva yığmasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Deyvidas Çesnauskis və Mindauqas Kalonas Lüksemburqla görüşün iştirakçıları olublar.

Topaz Premyer Liqasının startında 2 məğlubiyyət alan “Bakı”nın legionerləri Azərbaycanda olduğu kimi, millidə də məğlubiyyətə üzülüblər. Onlar Lüksemburqdakı qarşılaşmada 1:2 hesablı yenilgiyə şahid olublar.

DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqibi olan komanda ilə görüşdə Mindauqas start heyətində yer alıb və 75-ci dəqiqədə əvəzlənib. Deyvidas isə 33-cü dəqiqədə meydana daxil olub.