İsgəndər Cavadov: Bu məsələdə həmişə prinsipial olmuşam
15.08.2013 - 09:56
“AFFA prezidenti Rövnəq Abdullayev məni Gəncə futboluna kurator təyin etdi. Gəncə futbolunu, “Kəpəz”i əvvəlki vəziyyətinə qaytarmağa çalışacağıq. Bu komandanın mənim rəhbərliyim altında yüksək səviyyədə olmasını istərdim”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin (İK) üzvü İsgəndər Cavadov deyib.
Gəncə futboluna kurator təyin olunan Cavadov əsas diqqəti “Kəpəz” klubuna yönəldəcəklərini bildirib.
Onun sözlərinə görə, sponsor məsələsi “Azərinşaat”la həll olunan Gəncə klubunun I diviziondan yüksək liqaya çıxarmaq qarşıda duran əsas vəzifədir: “I divizionda çempionatın başlanmağına hələ vaxt var. Nə bacararıq, edərik. Demək istəyirəm ki, əsas planlarımız gələcəklə bağlıdır. Çünki Gəncədə şərait var. Gözəl şəhərdir, gözəl azarkeşləri, beynəlxalq hava limanı var. Pis vəziyyətdə olan stadionu tezliklə düzəltməyə çalışacağıq. Tapşırıblar, mən də veteran futbolçu kimi etimadı doğrultmağa çalışacağam. Çünki Gəncə, “Kəpəz”də görülməli olan işlər adımla bağlı olacaq. İstəyirik ki, “Kəpəz” yenidən yüksək liqada çempionluğa oynasın. Belə bir komanda yaratmaq fikrindəyik. Baş məşqçi yaxında bilinəcək”.
İcraiyyə Komitəsinin üzvü Gəncə veteranları ilə görüşməyin vacibliyindən danışıb: “Ordakı veteranlarla mütləq görüşməliyəm. Onların təkliflərinə baxacağam. Gəncədə veteranları birləşdirmək lazımdır. Dildə yox, əməldə aktiv olmalısan ki, bu işləri görəsən. Futbolun inkişafı ilə bağlı işlər məsləhətlidir. Fəaliyyətimə yeni başlayıram və bir müddət Gəncədə olacağam”.
Regional Futbol Federasiyasına rəhbərlik edən 57 yaşlı keçmiş hücumçu tabeçiliyində olduğu Gəncə Futbol Federasiyasında boş qalan prezident postuna da aydınlıq gətirib: “Prezident Xanlar Fətiyev istefa verib. Bu yaxında seçki olacaq və yeni prezident müəyyənləşəcək. Gəncədən sonra Qərb zonasında futbolun inkişafı ilə bağlı işlər görməyə çalışacağıq. Ordan keçmişdə çox futbolçular çıxıb, böyük işlər görülüb. İnanıram ki, düşdüyümüz vəziyyətdən çıxacağıq. Mən həmişə bu məsələdə prinsipial insan olmuşam”.
Cavadovun sözlərinə görə, üzvü olduğu qurumun iclasında etdiyi təklifi AFFA prezidenti dəstəkləyib: “Təkcə Gəncədə yox, Naxçıvanda, Mingəçevirdə və digər regionlarımızda da futbolu qaldırmaq lazımdır. Mən təklif etdim ki, klublarımız da regionlara bölünsün. Rövnəq müəllim hardasa buna dəstək verdi. İcraiyyə Komitəsinin üzvləri də həmçinin”.

0
0