“Azərbaycanla oyunun nəticəsindən razıyam”
15.08.2013 - 10:06
“Azərbaycanla oyunun nəticəsindən razıyam. Həm də futbolçularımızı yoxlamaq baxımından qarşılaşma vacib idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Mixail Madanski deyib.
56 yaşlı mütəxəssis Azərbaycan yığması ilə yoldaşlıq oyunundakı 3:1 hesablı qələbədən razı qalıb.
Madanski üçün bu matç daha çox oyunçularını sınamaq baxımından sərfəli olub: “Bu sınaqdan da məmnun oldum. Çünki Azərbaycanla oyunda bəzi çatışmazlıqları gördüm ki, gələcəkdə onları təkrarlamamaq lazımdır. Fasiləyədək güclü pressinq tətbiq etmək niyyətində idik. Lakin 2 qol vursaq da, bunu istədiyimiz kimi bacarmırdıq. Görünür, bunun üzərində yetərincə çalışmamışıq. Bunu vaxtında gördüm və ikinci hissə üçün planımızı dəyişdim”.

0
0