Yığmamızdan növbəti irəliləyiş
15.08.2013 - 11:53
Azərbaycan milli komandasının Malta ilə yoxlama oyunundakı qələbəsinin dəyəri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 3:0 hesabı ilə qalib gələn Berti Foqtsun yetirmələrinin FİFA reytinqindəki xalı azalıb. Belə ki, qələbənin qiyməti “-6” xal olub. Bu oyunadək hesabında 296 xal olan yığmamızın bu göstəricisi 290-a enib.
Lakin bu azalma FİFA-nın açıqladığı son siyahıda dünyanın 115-ci komandası olan millimizin irəliləməsi üçün yetərli olub. Məsələ ondadır ki, yığmamızın izləyiciləri xal itkimizdən yararlana bilməyib. İlkin hesablamalara əsasən Foqtsun yetirmələri ən azı 2 pillə irəliləyəcək.
Əvəzində bizdən öndə qərarlaşan 2 komandanın xal hesabının azalması millimizin işinə yarayıb. Bunadək 321 xalı olan Litva Lüksemburqa uduzmaqla 40 xal itirib və Azərbaycandan da geri düşüb. Tacikistan isə qələbə qazanmaqla xal itrib. Asiyalılar isə 301 xaldan 20-ni itirib.

0
0