“Rəvan”la oyun öncəsi qələbə
15.08.2013 - 13:03
Topaz Prenyer Liqasının III turuna hazırlaşan “Bakı” yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Milinko Pantiçin yetirmələri "Rəvan"la qarşılaşma öncəsi I divizion təmsilçisi “Lokomotiv”i sınağa çəkib.
Görüşün taleyini 1 qol həll edib. Belə ki, “Bakı” aşağı dəstə təmsilçisini məğlub edib – 1:0. Yeganə qolu 43-cü dəqiqədə Cavid Hüseynov vurub.
Qeyd edək ki, Premyer Liqanın ilk 2 turunda məğlub olan autsayderlərin paytaxt derbisi avqustun 19-da keçiriləcək.

0
0