Nikola Qliqorovu əvəzlədi, qəhrəman oldu
15.08.2013 - 13:59
“Xəzər Lənkəran”ın makedoniyalı futbolçusu Nikola Qliqorov millidə növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Makedoniya millisi evdə Bolqarıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib. Əsas heyətdə meydana çıxan Nikola 71-ci dəqiqədə əvəzlənib. Maraqlıdır ki, oyunun taleyini məhz onun yerinə meydana çıxan futbolçu həll edib. Belə ki, Aleksandr Traykovski vurduğu 2 -ci qolla makedoniyalılara qələbə qazandırıb.
0
0