AFFA “Pele”yə dərs keçir - FOTOSESSİYA
15.08.2013 - 16:56
Bu gün AFFA-nın Futbol akademiyasında C kateqoriyalı məşqçi kursu başlayıb. Apasport.az saytının məlumatına görə, Arif Əsədov və Aslan Kərimovun rəhbərliyi ilə keçirilən məşğələlərə avqustun 23-də yekun vurulacaq.
Məşğələlərdə karyerasını bitirən futbolçular – “Pele” ləqəbli Namiq Əliyev, Aqşin Ömərov, Yaşar Abuzərovla yanaşı, legioner də yer alıb. Bu, “Neftçi”də çıxışı ilə tanınan serbiyalı qapıçısı Vladimir Miçoviçdir. Bu klubda artıq məşqçi kimi çalışan 38 yaşlı legioner AFFA-nın kursuna yazılaraq, lisenziya almağı qərara alıb. Maraqlıdır ki, Vladimir Əsədov “Neftçi”nin məşqçisi olanda, rəhbərliyi altında oynayıb.

0
0