“Ayntraxt”ın nümayəndələri Bakıda 3 otelə baxıb
15.08.2013 - 17:25
“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Ayntraxt”ın nümayəndələri Azərbaycanda səfərdə olub. Ağdam klubunun meneceri Asif Əsgərov apasport.az saytına açıqlamasında Frankfurt təmsilçisinin 3 nümayəndəsinin Bakıya gəldiyini bildirib.
Belə ki, idarə meneceri Rayner Falkinheynin başçılıq etdiyi nümayəndə heyəti vəziyyətlə yerində tanış olduqdan sonra vətənlərinə qayıdıb: “Qonaqlarla komandaların oyun öncəsi müzakirə etməli olduğu məsələləri nəzərdən keçirdik. Onlar arasında otellərə baxan şəxs də var. 3 oteli – “Hyatt Park”, “Hilton”, “Four Seasons”a baxdılar. “Ayntraxt” Bakıya oyundan 1 gün əvvəl gələcək. Çarter reysini həll etməyə çalışırlar. Azarkeşləri və mətbuat nümayəndələri də gələcək. Onlar bir oteldə, komanda başqa oteldə qalacaq. Almaniyalıların viza məsələsini həll etməyə çalışırıq”.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu avqustun 22-də keçiriləcək.

0
0