“Qarabağ” almanlardan nəyi xahiş edəcək?
15.08.2013 - 17:50
”Qarabağ” Avropa Liqasının son təsnifat mərhələsində rəqibi olan “Ayntraxt” klubuna rəsmi müraciət edəcək. Apasport.az saytının məlumatına görə, ağdamlılar avqustun 29-da Frankfurtda keçiriləcək cavab oyununda ermənilərin mümkün təxribatçı hərəkətlərinin qarşısının alınmağını istəyir.
“Qarabağ”ın meneceri Asif Əsgərov apasport.az-a açıqlamasında ediləcək təxribatla bağlı Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evindən rəsmi müraciət almadıqlarını bildirib: “Hər halda, eşitmişik ki, belə şeylərin edilməyi planlaşdırılıb. Biz də Almaniya klubuna rəsmi məktub göndərərək, bunun qarşısının alınmağı tədbirlərinin görülməyini xahiş edəcəyik”.

0
0