“İnter” Türkiyə klubuna 7 qol vurdu
15.08.2013 - 18:34
“İnter” Türkiyə klubuna 7 qol vurdu
Xəbər verdiyimiz kimi, "İnter"in U-12 komandası Türkiyənin Antalya şəhərində keçirilən “The children champion cup Lukoil” yarışında iştirak edir. Apasport.az klub saytına istinadən xəbər verir ki, bu gün turnirin növbəti oyunları keçirilib.

Təmsilçimiz "Mardan" stadionunda Türkiyənin "Alanyaspor" klubuyla üz-üzə gəlib. Bu qarşılaşma "İnter"in 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, “İnter” dünən Bolqarıstanın "Slaviya" komandasına 2:0 hesabıyla qalib gəlmişdi. Bu gün "İnter" sonuncu matçına çıxacaq. Komandanın rəqibi Gürcüstanın "Dinamo"(Tbilisi) klubu olacaq. Oyun Bakı vaxtıyla saat 20.30-da başlanacaq.