“Monako”dan “Qalatasaray”ın qapıçısına 16 milyon avroluq təklif
15.08.2013 - 20:47
“Monako”dan “Qalatasaray”ın qapıçısına 16 milyon avroluq təklif
“Monako” “Qalatasaray”ın qapıçısı Fernando Musleranı heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, bunu Fransa mətbuatına açıqlama verən klubun vitse-prezidenti Vadim Vasilyev deyib.

Vasilyevin sözlərinə görə, onlar artıq uruqvaylı qolkiperin meneceri Daniel Fonseka ilə də görüşüb və 16 milyon avro təklif ediblər.

Qeyd edək ki, Musleranın “Qalatasaray”la 2016-cı ilə kimi müqaviləsi var.