Mourinyo: Eto’O komandama qatılsa...
16.08.2013 - 00:56
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Anji”də çıxış edən Samuel Eto’O haqqında danışıb. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatına açıqlama verən portuqaliyalı mütəxəssis sabiq yetirməsi ilə yenidən bir araya gələ biləcəyini deyib.
Mourinyo 32 yaşlı hücumçunu komandasında görmək istədiyini bildirib: “Əvvəl komandamda oynamış və yenidən mənimlə çalışmaq istədiyini söyləyən futbolçuları görəndə çox sevinirəm. Samuellə bağlı mətbuata bu barədə yazını oxuyanda çox sevindim. O, komandama qatılsa, əla olar. Hələ ki bu barədə nəsə demək düzgün olmaz. Gələcəkdə nələr olacağını birlikdə görəcəyik”.
Xatırladaq ki, kamerunlu futbolçu 2009 – 2010 mövsümündə Mourinyo ilə birgə “İnter”də çalışmışdı.

0
0