“İnter” son turda darmadağın oldu - FOTO
16.08.2013 - 01:18
“İnter” son turda darmadağın oldu -  FOTO
Xəbər verdiyimiz kimi, “İnter” Türkiyədə keçirilən “The children champion cup Lukoil” təsnifat turnirində iştirak edirdi. Apasport.az klub saytına istinadən xəbər verir ki, turnirin sonuncu turunda komanda Gürcüstan təmsilçisi "Dinamo" (Tbilisi) ilə üz-üzə gəlib. Bu qarşılaşma "Dinamo"nun 5-0 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, Vaqif Hidayətovun yetirmələri yarışı 3-cü pillədə başa vurublar. 5 matçda 9 xal qazanan "İnter" yalnız turnirin qalibi "Dinamo" və ikinci pilləni tutan "Qalatasaray"dan geri qalıb.