Futbolçumuz Türkiyə klubunda 20 nömrəli formanı geyəcək
16.08.2013 - 01:56
Futbolçumuz Türkiyə klubunda 20 nömrəli formanı geyəcək
Türkiyənin “Orduspor” klubunun futbolçuları növbəti mövsümdə hansı nömrələr altında çıxış edəcəkləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

PTT Birinci Liqa təmsilçisinin şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu forvardı Branimir Subaşiçin də nömrə seçimi bəlli olub. Serb əsilli futbolçumuz 20 nömrəli forma altında çıxış edəcək.