Ronaldo: Mourinyonun adını belə çəkmək istəmirəm
16.08.2013 - 03:24
Ronaldo: Mourinyonun adını belə çəkmək istəmirəm
“Real”ın futbolçusu Kriştianu Ronaldo Sabiq baş məşqçisi Joze Mourinyonun adını belə çəkmək istəməyib. Apasport.az saytının məlumatına görə, ölkəsi Portuqaliyanın Hollandiya ilə oynadığı hazırlıq matçından sonra jurnalistlərin suallarını cavablandıran təcrübəli hücumçu Mourinyo haqda danışmaqdan imtina edib.

28 yaşlı futbolçu həmyerlisi barədə bunları deyib: “Onun adını belə çəkmək istəmirəm. Çünki o buna dəyməz.”

Ronaldo yeni çalışdırıcısı Karlo Ançelotti barədə də danışıb: “İspaniya La Liqasında və Çempionlar Liqasında uğur qazanmaq istəyirik. Komandamız çox güclüdür və yaxı baş məşqçimiz var. Məqsədimizə çatmaq üçün var gücümüzlə mübarizə aparacağıq”.

Qeyd edək ki, hazırda İngiltərə klubu “Çelsi”ni çalışdıran Mourinyo mətbuata Kriştianu Ronaldo haqda danışarkən “Mən braziliyalı gərçək Ronaldo ilə çalışmışam” demişdi.