“Fənərbaxça”ya gəlmədiyim üçün peşmanam”
16.08.2013 - 04:55
“Fənərbaxça”ya gəlmədiyim üçün peşmanam”
Qana millisinin futbolçusu Asamoah Qyan avqustun 14-də İstanbulda Türkiyə millisi ilə keçirilən yoldaşlıq görüşündən (2:2) sonra karyerası ilə bağlı jurnalistlərə açıqlama verib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu “Fənərbaxça”ya keçidinin baş tutmamasından danışıb.

Qyan türk klubuna gəlmədiyi üçün hələ də peşman olduğunu deyib: “O vaxt təklif aldım, amma transfer alınmadı. “Fənərbaxça”ya gəlmədiyim üçün peşmanam. Keşkə o vaxt gəlsəydim”.

Qeyd edək ki, CAR-da keçirilən 2010-cu il Dünya Kubokundan sonra çıxışı ilə “Fənərbaxça”nın diqqətini cəlb edən Qyan İstanbul klubundan transfer təklifi almış, lakin bu keçid baş tutmamışdı. Qanalı futbolçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Ayn” klubunda çıxış edir.