FİFA İsraili cəzalandıra bilər
16.08.2013 - 08:20
FİFA İsraili cəzalandıra bilər
DÇ-2014-ün seçmə mərhələsində milimizin rəqibi olan İsrailin Futbol Federasiyası cəzalana bilər. Apasport.az saytının məlumatına görə, FİFA-ya müraciət edən Fələstin onların assosiasiyadan kənarlaşdırılmasını tələb edib. Buna İsrailin atdığı addım səbəb olub.

Belə ki, Fələstində Qərbi Asiya Futbol Federasiyasına daxil olan 12 ərəb ölkəsinin U-17 komandaları arasında regional çempionat keçirilməlidir. Lakin İsrail 3 iordaniyalı məşqçi, İraq yığmasının 13 üzvü və BƏƏ-nin 3 nümayəndəsini yarışın keçiriləcəyi məkana buraxmayıb.

Yarışa ev sahibliyi edən Fələstin Futbol Federasiyasının rəhbərliyi FİFA və UEFA-ya müraciətində İsrailə qarşı sərt addımların atılmasını istəyib.