“Malyorka”nın hücumçusu millimizə qarşı oynamayacaq
16.08.2013 - 10:20
 “Malyorka”nın hücumçusu millimizə qarşı oynamayacaq
İsrail yığmasının futbolçusu Tomer Hemed 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Azərbaycan millisi ilə rəsmi oyundan kənarda qalacaq. Apasport.az saytının məlumatına görə, “Malyorka”nın hücumçusunun zədə ilə bağlı problemi ciddidir.

Belə ki, ötən Bakıda 1:1 hesabı ilə nəticələnən oyunda əsas heyətdə meydana çıxan hücumçunun zədədən sonra yalnız ilin axırına bərpa oluna biləcəyi deyilir. təcrübəli hücumçu Elyaniv Barda əvəzləyəcək.

İsrail millimizlə ev matçında hücum futbolçu göstərəcəyindən, “Brügge”nin yarımmüdafiəçisi Lior Rafaelovdan da istifadə olunacaq. Sonradan meydana çıxmaqla dinamika yaradan futbolçunun yığmamızla matçda əsas heyətdə yer alacağı gözlənilir.