Topaz Premyer Liqasının III turunun hakimləri müəyyənləşib
16.08.2013 - 09:15
Topaz Premyer Liqasının III turunun hakimləri müəyyənləşib
Topaz Premyer Liqasında III turun oyunlarına təyinat almış hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, əvvəlki 2 turda olduğu kimi yenə qarşılaşmalardan ikisində 6 ədalət təmsilçisi olacaq. Turun açılış matçı olan “Neftçi” – “Simurq” qarşılaşması və “Qarabağ”la “Xəzər Lənkəran” arasında mərkəzi oyunda əlavə köməkçi hakimlər də iş başında olacaq.

17 avqust (şənbə)

21:00. “Neftçi” – “Simurq”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Namiq Bəkirov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
“Bakcell Arena” stadionu

18 avqust (bazar)

20:00. “Qarabağ” – “Xəzər Lənkəran”

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Mehman Mahmudov, Ramil Diniyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev
“Bakcell Arena” stadionu

20:00. “İnter” – AZAL
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov
“Şəfa” stadionu

18:00. “Bakı” – “Rəvan”
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Munis Abdullayev, Sərxan İsmayılov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

19 avqust (bazar ertəsi)

18:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Tahir Əhmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu