Con Toşak: Lənkəran əvvəl işlədiyim yerlərdən çox fərqlənir
16.08.2013 - 10:36
“Klubun sahibi ilə söhbətimdən sonra əmin idim ki, bu ilin əvvəlində həlledici addım atmağım yetərlidir”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak “France Press” agentliyinə açıqlamasında deyib.
Həmkarlarımız hesab edirlər ki, Avropada uğurla çalışdıqdan sonra Azərbaycanın əyalət komandasında qərarlaşmaq 64 yaşlı mütəxəssisin karyerasında inanılmaz gedişdir.
Ölkəmizə gəlişi haqda danışan Toşak dəvətlə bağlı tərəddüd etmədiyini bildirib: “Mən belə insanam, həmişə yeni şeylərə hazıram. Təklifi alandan sonra dedim ki, niyə də yox? Mən bura düşəndə, Azərbaycan futbolunun səviyyəsi ilə bağlı yaxşı mənada təəccübləndim. Lənkəran əvvəl işlədiyim yerlərdən çox fərqlənsə də, uyğunlaşmaqla bağlı problemimin yarandığını görmürəm”.

0
0