“Azərbaycana oynamaq üçün problemsiz gəldim”
16.08.2013 - 11:00
“Azərbaycana oynamaq üçün problemsiz gəldim”
“İnter”in mövsümlərarası fasilədə transferlərindən olan Flavio Bek Azərbaycana gəlişi haqda danışıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı braziliyalı yarımmüdafiəçi Avropada o qədər də güclü olmayan çempionatlarda oynayandan sonra karyerasını ölkəmizdə davam etdirməyə qərar verib.

Buna görə peşman olmayan Bek paytaxtımızı də tərifləyib: “Agentim mənə dedi ki, Azərbaycanda yaxşı komandalar var. Mən də cavab verdim ki, əlbəttə, orada oynamağım mümkündür və problemsiz gəldim. Bakı çox gözəl şəhərdir. Burdakı insanlar normaldır. Ancaq mən vaxtımın daha çox hissəsini evdə ailəmlə keçirirəm”.

Qeyd edək ki, Flavio son 2 ili Çernoqoriyanın “Buduçnost” klubunda keçirib.