Tuyqun Nadirov: Büdcəsi 300 milyon avro olan klublar da...
16.08.2013 - 11:24
Tuyqun Nadirov: Büdcəsi 300 milyon avro olan klublar da...
“Avropada büdcəsi 200-300 milyon avro olan klublar var. Onlar hələ də nəsə qazanmaq üçün mübarizə aparırlar. Azərbaycanda isə klubların büdcələri hələ 20, yaxud 30 milyona çatmır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirova məxsusdur.

“France-press” agentliyində klublarımızın maddi durumunu Avropadakılarla müqayisə edən Nadirov fərqin böyük olmağına baxmayaraq, gələcəklə bağlı nikbindir: “Fikrimcə, Azərbaycan futbolunun səviyyəsinin yüksək olmasının vaxtı gələcək. Ulduz futbolçuların isə ölkəmizə gəlməklə bağlı heç bir şübhəsi olmayacaq”.