Vaqif Cavadovun müqayisəsi
16.08.2013 - 11:30
Vaqif Cavadovun müqayisəsi
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov ölkəmizdəki stadionların vəziyyətini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, cari mövsümdən “İnter”in şərəfini qoruyan 24 yaşlı hücumçu arenaların əvvəlki vaxtlardan çox fərqləndiyini bildirib.

Vaqif fikrini belə əsaslandırıb: “Azərbaycanda bir neçə il əvvəl hətta yararlı stadionlar yox idi. İndi vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Hər komandanın artıq öz şəxsi stadionu var”.