Qələbəyə həsrət “Xəzər Lənkəran”ın liderlə sınağı
16.08.2013 - 13:14
Sabah Topaz Premyer Liqasında III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, bu dəfə turun oyunları yalnız şənbə və bazar yox, 3 gündə keçiriləcək.
Oyunların çoxu bazar olacaq ki, həmin gün hər 3 matç paytaxta təsadüf edib. Ümumiyyətlə, bu turda əyalətdə oyun yoxdur.
Bakıya gələn əyalət klublarından ilk olaraq “Simurq” meydana çıxacaq. Onu son 3 mövsümün qalibi olan “Neftçi” ilə çətin sınaq gözləyir. Bu matçı “Neftçi” və millidə birgə oynamış sabiq müdafiəçilərin, həmyaşıdların dueli kimi dəyərləndirmək olar. Söhbət Tərlan Əhmədovla İqor Getmanın qarşıdurmasından gedir. “Neftçi” baş məşqçisi Böyükağa Hacıyevi istefaya göndərəndən sonra bu vəzifəni müvəqqəti Əhmədova tapşırıb. 42 yaşlı German isə gürcüstanlı baş məşqçisi Georgi Çixradze cəzalı olduğundan komandanı oyunlara çıxarır.
“Bakcell Arena”da ertəsi də matç var ki, bu dəfə “Neftçi”nin çempionluq uğrunda əsas rəqibi “Qarabağ” meydan sahibi olacaq. Tofiq Bəhramov adına Respublika stadionu ağdamlıların Avropa Liqasında “Ayntraxt”la oyununa hazırlandığından, 5:1 hesabı ilə qalib gəldiyi “Sumqayıt” kimi “Xəzər Lənkəran”ı da burada qəbul edəcək. Əlbəttə, bu dəfə rəqib fərqli olduğundan, böyük hesablı qələbənin qeydə alınacağı inandırıcı görünmür. Ancaq digər tərəfdən, lənkəranlılar son vaxtlar uğursuzluq zolağında olduğundan, liderə məğlubiyyətə təəccüblü görünməyəcək.
İlk 2 turdan sonra turnir cədvəlində sonlarında qərarlaşan “Bakı” ilə “Rəvan”ın duelində ən aız birinin xal hesabını açacağı dəqiqdir. Ancaq təbii ki, bərabərlik olarsa, hər ikisi buna nail olacaq. “Bakı” bu matçda daha şanslı olduğundan, ilk qələbəsini qazanmalıdır.
Həmşəhərliləri kimi xalsız olan “İnter” də uğursuzluğa son qoymağa çalışacaq. Rəqib ötən tur “Bakı”nı məğlub edən AZAL-dır. “İnter” adlanan tarixdə ən böyük hesablı məğlubiyyətini məhz AZAL-dan çempionatda 0:5 hesabı ilə alan komanda prinsipial rəqiblə üzləşəcək.
Tura bazar ertəsi Sumqayıtda yekun vurulacaq. “Neftçi” ilə “Qarabağ” kimi çempionatda yüz faizli nəticə göstərən “Qəbələ” qələbə seriyasını davam etdirməyə çalışacaq. Bu matçda sumqayıtlıların 3 futbolçusu keçmiş komandasına qarşı oynayacaq. Bunlar son illərdə “Qəbələ”də oynayan, millimizin də üzvləri olan qapıçı Anar Nəzirov, müdafiəçi Vurğun Hüseynov və yarımmüdafiəçi Aleksandr Çertoqanovdur.
17 avqust
21:00. “Neftçi” – “Simurq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Namiq Bəkirov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
Bakı. “Bakcell Arena” stadionu
18 avqust
18:00. “Bakı” – “Rəvan”
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Munis Abdullayev, Sərxan İsmayılov
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
20:00. “Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Mehman Mahmudov, Ramil Diniyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev
Bakı. “Bakcell Arena” stadionu
20:00. “İnter” – AZAL
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov
Bakı. “Şəfa” stadionu
19 avqust
18:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Tahir Əhmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

0
0