5-ci qələbə üçün - STATİSTİKA
16.08.2013 - 13:20
5-ci qələbə üçün - STATİSTİKA
“Qəbələ” Topaz Premyer Liqasının III turunda - avqustun 19-da “Sumqayıt”la qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu matç komandalar arasında 5-ci qarşılaşma olacaq. “Gənclik şəhəri” təmsilçisi “qırmızı-qaralar” üçün ən uğurlu rəqiblərdən sayılır. Belə ki, “Qəbələ” bu rəqiblə əvvəlki oyunların hamısında istisnasız qələbələr qazanıb.

Sözügedən matçların hamısı çempionata təsadüf edib. Həm 2011/12, həm də 2012/13 mövsümünün təsnifat mərhələsində komandalar 2 dəfə üz-üzə gəlib. Heç vaxt kubokda üz-üzə gəlməyən rəqiblərin bütün görüşlərində 3 xalı “Qəbələ” əldə edib.

Maraqlıdır ki, 4 oyunda 4 müxtəlif hesab qeydə alınsa da, qalib dəyişməyib. Müxtəlif hesablı qələbələr qazanan “qırmızı-qaralar” bu matçlarda 10 top vurub və 3-nü buraxıb. Bu qarşılaşmaların birində qəbələlilər böyük hesabla da qalib gəlib.

3-cü dəfə “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” səfər oyunlarında minimal fərqlə qalib gəlir. 2 il əvvəl 2:1 hesabına sevinən qonaqlar ötən il 1 qolla 3 xal əldə etmişdi.

2011/12

14.08.2011

Premyer Liqa

Sumqayıt Şəhər - Qəbələ

1:2

2011/12

04.12.2011

Premyer Liqa

Qəbələ - Siumqayıt Şəhər

3:1

2012/13

26.08.2012

Premyer Liqa

Qəbələ - Sumqayıt

4:1

2012/13

08.12.2012

Premyer Liqa

Sumqayıt - Qəbələ

0:1




Mənbə: gabalafc.az