Toşakın komandası “Bakcell Arena”da – FOTOSESSİYA
16.08.2013 - 13:30
Toşakın komandası “Bakcell Arena”da – FOTOSESSİYA
Lənkəranda keçirdiyi hazırlığı başa vurub Bakıya gələn “Xəzər Lənkəran” bu gün “Bakcell Arena”da ilk məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının III turunda “Qarabağ”ın qonağı olacaq komanda səhər saatlarında saat yarım hazırlıq keçib.

Millimizin Malta ilə qarşılaşması ilə əlaqədar Azərbaycan yığmasının düşərgəsində olan futbolçuların da qatıldığı məşqdə taktiki çalışmalar yerinə yetirilib. Sabah isə “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Qarabağ” – “Xəzər Lənkəran” matçı avqustun 18-də baş tutacaq.

Mənbə: lankaranfc.com