“Simurq”da 2 illik müqavilə
16.08.2013 - 13:48
“Simurq” klubu baş məşqçisi Georgi Çixradze ilə müqaviləsini yeniləyib. Apasport.az saytının məlumatına görə, yeni anlaşmaya əsasən gürcüstanlı mütəxəssis daha 2 il Zaqatala təmsilçisini çalışdıracaq.
2011/12-ci il mövsümünün XXIV turunda rəsmən "Simurq"un sükanı arxasına keçən Çixradze 2012/13 mövsümündə də komandaya rəhbərlik edib. Ötən mövsüm "Simurq"a tarixinin ikinci ən yaxşı nəticəsini qazandıran çalışdırıcı komandan Premyer Liqada 43, ölkə kubokunda isə 3 qarşılaşmaya çıxardıb. Onunla rəhbərliyi altında Zaqatala təmsilçisi çempionatda 16 qələbə, 9 məğlubiyyət, 18 heç-heçə edib. Ölkə kubokunda isə, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, Çixradze “Simurq”dan əvvəl ölkəmizdə “İnter”də fəaliyyət göstərərək həmyerlisi Kaxaber Sxadadzenin köməkçisi olub.
Mənbə: simurqpfk.az

0
0