Azərbaycan futbolunun 50 mininci üzvü
16.08.2013 - 14:49
Azərbaycan futbolunun 50 mininci üzvü
Azərbaycan futboluna xidmət edənlərin sayı 50 minə çatıb. Apasport.az saytının məlumatına görə, 2009-cu ilin yanvar ayında AFFA tərəfindən yaradılan futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemində daha 1 yubiley qeydə alınıb.

Belə ki, artıq bu sistemdə qeydiyyata alınanların sayında 50 mininci müəyyənləşib. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 50000-ci üzvü AFFA-nın U-12 Liqasında çıxış edəcək Mingəçevir komandasının heyətində sifariş edilib.

Mənbə: affa.az