Rüştü Rəcbər yenidən millidə
16.08.2013 - 18:48
Rüştü Rəcbər yenidən millidə
Futbol üzrə Türkiyə yığma komandasının sabiq qapıçısı Rüştü Rəcbərin yeni iş yeri bəlli olub. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası 40 yaşlı keçmiş qolkiperi milli komandaların koordinatorluğuna gətirib.

Qeyd edək ki, “Fənərbaxça”, “Barselona” və “Beşiktaş” kimi klublarda çıxış etmiş və 2003-cü ildə dünyanın ən yaxşı üçüncü qapıçısı seçilmiş Rəcbər 26 may 2012-ci ildə Türkiyə yığması ilə Finlandiya arasında keçirilən yoldaşlıq görüşündə milli ilə son oyununa çıxıb.