Terim Ardanın transferindən danışdı
16.08.2013 - 21:45
“Qalatasaray”ın baş məşqçisi klubun sabiq futbolçusu Arda Turan haqqında danışıb. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı hazırda Madrid “Atletiko”sunda çıxış edən yarımmüdafiəçini transfer etmək üçün çox çalışdıqlarını deyib.
Terim son olaraq Arda ilə şəxsən özünün görüşdüyünü bildirib: “Ardanı heyətimizə qatmaq üçün çox istəkli olduğumuzu hamı bilir. Arda “Qalatasaray”ın övladıdır. Onunla son olaraq mən görüşdüm və 1-2 saat söhbət etdik. O, “Qalatasaray”a gəlmək üçün əlindən gələni edir. Klub prezidentimiz də bu transferin reallaşması üçün çox çalışır. Arda “Qalatasaray”a gəlmək istədiyini mənə həmişə deyir. Onun klubdan getməyi sürpriz olmuşdu. Gəlməyi də sürpriz ola bilər”.
Qeyd edək ki, türkiyəli futbolçu 2011-ci ildə “Qalatasaray”dan “Atletiko”ya transfer olunmuş və ispan klubu ilə 4 illik müqavilə imzalamışdı.

0
0