“Liverpul”da fransalı müdafiəçi - FOTO
16.08.2013 - 23:26
“Liverpul”da fransalı müdafiəçi - FOTO
İngiltərənin "Liverpul" klubu növbəti transferini reallaşdırıb. Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar” “Valensiya”nın müdafiəçisi Ali Sissokonu icarə əsasında heyətinə qatıb.

Fransalı futbolçu tibbi müayinədən sonra yeni klubu ilə müqavilə imzalayacaq. 25 yaşlı futbolçu 1 il İngiltərə təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, İspaniya təmsilçisi Sissokonu 2012-ci ildə Fransanın “Lion” klubundan transfer etmişdi.