“Qalatasaray” mövsümə 3 xalla başladı
20.08.2013 - 00:45
“Qalatasaray” mövsümə 3 xalla başladı
Türkiyə Superliqasında I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə 2 qarşılaşma baş tutub. Hər 2 görüşdə meydan sahibləri minimal fərqlə qalib gəlib.

Son çempion “Qalatasaray” doğma arenada “Qaziantepspor”u qəbul edib. Oyuna erkən qolla başlayan “Cim-Bom” meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.

“Kayserispor” isə öz meydanında “Sivasspor”dan güclü olub. Bu görüşün taleyini 1 qol həll edib.

19 avqust

“Kayserispor” – “Sivasspor”- 1:0
Sefa Yılmaz, 54

“Qalatasaray” – “Qaziantepspor” - 2:1
Sneyder, 8, Burak Yılmaz, 51-p. – Muhammed Dəmir, 75

18 avqust

“Əskişəhirspor” – “Bursaspor” – 2:0
Renato Civelli, 76, Henri Ntsama, 79

“Akhisar Bələdiyyəspor” – “Elazığspor” – 3:2
Bruno Mezenqa, 45, Baye Niasse, 53, Uğur Demirok, 90 – Tidane Sane, 44

“Beşiktaş” – “Trabzonspor” – 2:0
Olcay Sahan, 75, Gökhan Töre, 81

17 avqust

“Karabükspor” – “Kasımpaşa” – 2:0
Gökhan Ünal, 42, Lomano Lua-Lua, 55

“Çaykur Rizəspor” – “Gənclərbirliyi” – 1:0
Sərcan Kaya, 31

“Konyaspor” – “Fənərbaxça” – 3:2
Yosep Yobo, 16, Əmrə Belözoğlu, 27 - Tomas Borek, 76, Əli Camdalı, 78, Rəcəp Aydın, 87

16 avqust

“Antalyaspor” – “Ərciyyəspor” – 0:0