Elmander “Qalatasaray”dan getdi
17.08.2013 - 02:17
“Qalatasaray”ın isveçli futbolçusu Yohan Elmanderin yeni klubu bəlli olub. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu İngiltərə Premyer Liqa təmsilçisi “Norviç”lə anlaşıb.
Ötən mövsüm “sarı-qırmızılı” foma altında 25 oyunda 5 qola imza atan Elmanderin yeni klubunda alacağı məbləğ də müəyyənləşib. Futbolçunun illik qazancı 1.4 milyon avro olacaq.
Qeyd edək ki, 2011-ci ildə İngiltərənin “Bolton” klubundan “Qalatasaray”a transfer olunmuşdu.

0
0