“Monako”dan növbəti transfer
17.08.2013 - 04:56
Transferə sürətli başlayan Fransanın “Monako” klubu daha bir futbolçunu heyətinə qatıb. Apasport.az Fransa mətbuatına istinadən xəbər verir ki, “qırmızı-ağlar” “Sampdoriya”nın argentinalı qapıçısı Serxio Romero ilə anlaşıb.
26 yaşlı qolkiper tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq və orada bir il icarə əsasında çıxış edəcək. “Monako” bu keçid üçün İtaliya klubuna 5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Romero 2011-ci ildə Hollandiyanın “Alkmaar” klubundan “Sampdoriya”ya transfer olunmuşdu.

0
0