“Bazel”lə oyunun qəhrəmanı millimizlə matça çağırılacaq
17.08.2013 - 09:15
“Bazel”lə oyunun qəhrəmanı millimizlə matça çağırılacaq
İsrail millisinin baş məşqçisi Eli Qutman 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Azərbaycan, 10-da Rusiya yığması ilə oyuna Avri Rikanı çağırmaq fikrindədir. Apasport.az saytının məlumatına görə, çalışdırıcı “Sürix”in 25 yaşlı futbolçusunu milliyə qaytarmağı qərara alıb.

O, 1 həftə öncə çempionatda “Bazel”ə 2:1 hesabı ilə qalib gəldikləri oyunda həm qol vurmaqla, həm də məhsuldar ötürmə etməklə qələbədə böyük rol oynayıb. Avriyə yüngül zədəsi Ukraynaya Kiyevdə 0:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə iştirakına imkan vermədi. Futbolçu həm müdafiənin sol cinahında, həm də dayaq yarımmüdafiəçisi mövqeyində oynamaq bacarığı ilə seçilir.