“Azərbaycanlı futbolçunun gedişini baş məşqçimiz təkid etdi”
17.08.2013 - 09:44
“Azərbaycanlı futbolçunun gedişini baş məşqçimiz təkid etdi”
Türkiyənin “Bucaspor” klubu azərbaycanlı futbolçu Ramal Hüseynovla yollarını ayırmağına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, klubun mətbuat katibi Timur Yaykıran həm yarımmüdafiəçimiz, həm də türkiyəli oyunçu Gökhan Kabanın gedişi ilə bağlı rəsmi açıqlama verib.

Onun sözlərinə görə, baş məşqçi Kemal Kılıç bu 2 futbolçunu sərəncamında görmək istəməyib: “Azərbaycanlı futbolçu Hüseynovu səviyyəsi yetərsiz olduğu, Kabanın büdcələrinə uyğun olmadığı üçün göndərdik. Onların Kılıçın təkidi ilə heyətdə yer almayıblar. Bu 2 futbolçu ilə bağlı əldən qaçırılma kimi bir olay müzakirə mövzusu deyildir”.

Qeyd edək ki, Türkiyə klubunun mövsümlərarası fasilədə ilk transferi olan Ramal yalnız “Menemen Bələdiyyəspor”la yoxlama oyununda 45 dəqiqə oynayıb.